Bakı. Trend:
“MVM Group” Azərbaycanda günəş enerjisinə investisiya qoymaq imkanlarını nəzərdən keçirir.
Bunu Trend-ə Macarıstanın “MVM Group” şirkətinin baş direktoru Karoli Matray Bakıda, “Daha yaşıl gəlcəəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA universitetində keçirilən tədbir çərçivəsində açıqlamasında bildirib.
"İlk növbədə, bizim əsas hədəfimiz - bizə ölkənin günəş enerjisinə investisiyaların qoyulmasında dəstək olacaq Azərbaycandan olan tərəfdaş tapmaqdır. Halbuki, külək elektrik stansiyaları da MVM üçün olduqca perspektivli istiqamət ola bilər. Bu, MVM poensial investisiyaları üçün iki ən zəruri istiqamətdir", - o deyib.
Qeyd edək ki, 2024-cü il avqustun 30-da MVM Group “Cənub Qaz Dəhlizi” QSC-dən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 faiz, “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən isə “South Caucasus Pipeline Company” (Cənubi Qafqaz Boru Kəməri Şirkəti) layihəsində 4 faiz pay əldə etmək üzrə sövdələşməni başa çatdırıb.