...

Azərbaycanda tikinti qumu istehsalı 34%-dən çox artıb

İqtisadiyyat Materials 17 Aprel 2025 10:08 (UTC +04:00)
Azərbaycanda tikinti qumu istehsalı 34%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 307,2 min ton tikinti qumu istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78,4 min ton və ya 34,3% çoxdur.

Aprelin 1-nə olan məlumata görə, ölkədə hazır məhsul ehtiyatı 10,9 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik neft hasilatı 6,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,8 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti