Bakı. Trend:
Ötən il Azərbaycanda 29 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Trend bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft hasilatının proqnozu 7,8 milyon ton, Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə 17 milyon ton olub. Hasilat göstəriciləri proqnozdan müvafiq olaraq 300 min ton və 200 min ton az həyata keçirilib.
Belə ki, 2024-cü ildə SOCAR üzrə neft hasilatının həcmi 7,5 milyon ton, AÇG üzrə neft hasilatının həcmi isə 16,8 milyon ton olub.
SOCAR üzrə neft hasilatı əvvəlki illə müqayisədə 3,2%, AÇG üzrə isə 5,7% azalıb.