Bakı. Trend:
Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfelinin həcmi açıqlanıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, depozit portfelinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın depozit portfelinin həcmi 10,128 milyard manat təşkil edib.
İkinci sırada 9,004 milyard manat depozit portfeli ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 6,321 milyard manat depozit portfeli ilə "PAŞA Bank" qərarlaşıb.
Depozit portfelinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın depozit portfelinin həcmi 35,256 milyon manat təşkil edib.
Banklar | Depozit portfeli (Min manat) |
ABB | 10 128 401,47 |
Kapital Bank | 9 003 883,00 |
PAŞA Bank | 6 320 801,00 |
Xalq Bank | 1 818 775,39 |
AzərTürkBank | 1 382 231,00 |
Bank Respublika | 1 212 241,47 |
Unibank | 1 205 279,98 |
Access Bank | 1 060 152,00 |
Yelo Bank | 913 477,90 |
Rabitəbank | 690 055,59 |
Bank of Baku | 618 467,26 |
Ziraat Bank | 472 158,56 |
Yapı Kredi Bank | 387 080,04 |
Azərbaycan Sənaye Bankı | 483 307,05 |
Turan Bank | 437 826,00 |
Premium Bank | 401 345,00 |
Express Bank | 258 959,00 |
BTB Bank | 146 908,30 |
AFB Bank | 130 765,34 |
VTB Bank | 128 357,00 |
Avrasiya Bank | 57 380,12 |
Bank Melli İran | 35 256,26 |