Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1,5 milyon manata yaxın olub.
Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.
Bununla yanaşı, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrünə nisbətən 5% artıb və 9,9 milyon manata yaxın olub.
Qeyd edək ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 11,4% artaraq 4,4 milyon manatdan çox olub. Ötən il icbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 18,9% artıb və 29 milyon manata yaxın təşkil edib.