Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesinə 1,431 milyard manat investisiya yönəldilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 116 milyon manat və ya 7,5% azdır.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesinə 1,547 milyard manat investisiya yönəldilmişdi.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 28,2%-ə bərabər olub.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda sənaye sektoruna qoyulmuş investisiyaların həcmi 2,183 milyard manat təşkil edib.