Bakı. Trend:
Cari ilin birinci rübündə bankların fiziki şəxslərin (FŞ) və hüquqi şəxslərin (HŞ) müddətli depozitləri vasitəsilə maliyyələşməsində artım müşahidə olunub.
Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, FŞ-lərin tələbli depozitlərində heç bir dəyişiklik olmasa da, HŞ-lərin tələbli depozitləri üzrə maliyyələşmədə azalma müşahidə olunub.
Respondentlər növbəti rübdə FŞ və HŞ-lərin müddətli və tələbli depozitlərində, o cümlədən banklararası bazar vasitəsilə maliyyələşmədə artım olacağını proqnozlaşdırırlar. Sorğu nəticələrinə görə, bankların bazar payı və maliyyələşmənin strukturu ilə bağlı hədəfləri depozitlərin həcminin artmasına təsir göstərən əsas faktorlar kimi çıxış edib.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2025-cü ilin I rübündə depozit faiz dərəcələrinin artımı fonunda FŞ və HŞ-lərin müddətli və tələbli depozitləri, həmçinin banklararası bazar üzrə maliyyələşmə dəyərində artım müşahidə edilib. Banklar növbəti rübdə bu tendensiyanın azalan templə davam edəcəyini gözləyirlər.