Bakı. Trend:
Cari ilin yanvarın 1-nə rezident bankların Azərbaycan Mərkəzi Bankındakı (AMB) qısamüddətli depozitlərinin həcmi 1,268 milyard manat olub.
Trend bu barədə AMB-ə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,414 milyard ABŞ dolları və ya 2,1 dəfə azdır.
Belə ki, 2024-cü ilin yanvarın 1-nə rezident bankların Azərbaycan Mərkəzi Bankındakı (AMB) qısamüddətli depozitlərinin həcmi 2,682 milyard manat idi.