Bakı. Trend:
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Qərbi Avropadakı aktivlərinin həcmi 2,252 milyard manat olub.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 439 milyon manat və ya 16,3% azdır.
Belə ki, 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının Qərbi Avropadakı aktivlərinin həcmi 2,691 milyard manat olmuşdu.
Hesabat dövründə AMB-nin Qərbi Avropadakı aktivləri pul vəsaitləri və onların ekvivalentləri üzrə 547 milyon manat, borc qiymətli kağızlar üzrə 1,705 milyard manat təşkil edib.