Bakı. Trend:
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq təşkilatlardakı aktivlərinin həcmi 2,072 milyard manat olub.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 336 milyon manat və ya 14% azdır.
Belə ki, 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının beynəlxalq təşkilatlardakı aktivlərinin həcmi 2,408 milyard manat olmuşdu.
Hesabat dövründə AMB-nin beynəlxalq təşkilatlardakı aktivləri pul vəsaitləri və onların ekvivalentləri üzrə 49 min manat, borc qiymətli kağızlar üzrə 943 milyon manat, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar üzrə 1,129 milyard manat təşkil edib.