Bakı. Trend:
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Avstraliya və Yeni Zelandiyadakı aktivlərinin həcmi 37,3 milyon manat olub.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 12,9 milyon manat və ya 25,7% azdır.
Belə ki, 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının Avstraliya və Yeni Zelandiyadakı aktivlərinin həcmi 50,2 milyon manat olmuşdu.
Hesabat dövründə AMB-nin Avstraliya və Yeni Zelandiyadakı aktivləri borc qiymətli kağızlar üzrə olub.