...

Qeyri-neft sektoru üzrə əsas ixracatçı özəl şirkətlərin yanvar-aprel ayları üzrə RENKİNQİ

İqtisadiyyat Materials 29 May 2025 15:55 (UTC +04:00)
Qeyri-neft sektoru üzrə əsas ixracatçı özəl şirkətlərin yanvar-aprel ayları üzrə RENKİNQİ
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-neft sektoru üzrə qeyri-dövlət (özəl) əsas ixracatçı subyektlərin yanvar-aprel ayları üzrə renkinqi açıqlanıb.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayına istinadən xəbər verir.

Məlumata görə, əsas ixracatçı özəl şirkətlərin renkinqinə 39,4 milyon ABŞ dolları ixrac gəliri ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir.

Siyahının ikinci yerində 28 milyon ABŞ dolları ixrac gəliri ilə “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, üçüncü yerində isə 17,2 milyon ABŞ dolları ixrac gəliri ilə "United Alliance Group Ltd." Şirkətinin Azərbaycan Respublikasindaki Filiali qərarlaşıb.

Qeyri-neft sektoru üzrə qeyri-dövlət (özəl) əsas ixracatçı subyektlərin yanvar-aprel ayları üzrə renkinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Şirkətlər Məbləğ (milyon ABŞ dolları)
“MKT İstehsalat Kommersiya” MMC 39,4
“AIMKL”nin Azərbaycandakı nümayəndəliyi 28
"United Alliance Group Ltd." Şirkətinin Azərbaycandakı Filiali 17,2
“Baku Steel Company” QSC 16,8
"Avrora" MMC 13,9
"P-AQRO" MMC 12
"Export Stream" MMC 10,7
"Binə Aqro" QSC 10
"Sahdag Sy" MMC 9,9
"LEPIN LM" MMC 9,8
Məqalədə:
Xəbər lenti

Xəbər lenti