...

Azərbaycanda müddətli depozitlər üzrə orta faiz dərəcəsi artıb

İqtisadiyyat Materials 10 İyun 2025 10:25 (UTC +04:00)
Azərbaycanda müddətli depozitlər üzrə orta faiz dərəcəsi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 7,12 faiz, xarici valyuta ilə isə 4,32 faiz təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü iə müqayisədə manatla müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 0,83 faiz bəndi azalıb, xarici valyuta ilə isə 1,86 faiz bəndi artıb.

Belə ki, 2024-cü ilin mayın 1 -nə manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 7,95 faiz, xarici valyuta isə 2,46 faiz təşkil edirdi.

Bundan əlavə, kommersiya bankları tərəfindən cari ilin may ayının 1-nə yeni verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 18,87 faiz və 6,08 faiz təşkil edib. Xatırladaq ki, 2024-cü ilin mayın 1-nə bu göstərici manatla 15,24 faiz, xarici valyuta ilə isə 5,78 faiz olub.

Hesablamalardan aydın olur ki, yeni verilən kreditlər üzrə orta faiz dərəcələri illik müqayisədə manatla 3,63 faiz bəndi, xarici valyuta ilə isə 0,3 faiz bəndi artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti