Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bəri büdcə gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, gəlirlərin 194,2 milyard ABŞ dolları neft-qaz sazişlərindən gəlirlər, 14,9 milyard ABŞ dolları isə investisiya gəlirləri olub.
Həmçinin, bu dövrdə ARDNF-nin dövlət büdcəsinə transfertləri 132,6 milyard ABŞ dolları təşkil edib. Layihələrin maliyyələşdirilməsinə 11,9 milyard ABŞ dolları, əməliyyat xərclərinə isə 0,5 milyard ABŞ dolları sərf olunub.
Qeyd edək ki, Ümummilli Iider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. ARDNF-nin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və ARDNF-nin öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.