...

Neft Fondu törəmə maliyyə alətlərinə investisiyaları kəskin azaldıb

İqtisadiyyat Materials 21 İyul 2025 18:18 (UTC +04:00)
Neft Fondu törəmə maliyyə alətlərinə investisiyaları kəskin azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) törəmə maliyyə alətlərinə investisiyaları 53 min manat olub.

Trend bu barədə Fonddan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 2,148 milyard manat və ya 41,5 dəfə azdır. Belə ki, 2023-cü ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) törəmə maliyyə alətlərinə investisiyaları 2,201 milyon manat olmuşdu.

Qeyd edək ki, Ümummilli Iider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. ARDNF-nin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və ARDNF-nin öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti