...

Neft Fondu dövlət büdcəsinə transferti 13%-dən çox artırıb

İqtisadiyyat Materials 22 İyul 2025 13:28 (UTC +04:00)
Neft Fondu dövlət büdcəsinə transferti 13%-dən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərinin 7,240 milyard manatı və ya 36,6%-i Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 850 milyon manat və ya 13,3% çoxdur.

Belə ki, 2024-cü ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərinin 6,390 milyard manatı və ya 33,9%-i Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşmüşdü.

Qeyd edək ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,099 milyard manat proqnoza qarşı 19,804 milyard manat və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olub.

Dövlət büdcəsinin xərcləri 17,096 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,043 milyard manat və ya 6,5 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti