...

Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərir - AMB

İqtisadiyyat Materials 23 İyul 2025 10:08 (UTC +04:00)
Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərir - AMB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir.

Trend bu barədə Azərbacyan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artıb.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.

Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti