...

Neft Fondunun AÇG yatağından əldə etdiyi gəlir məlum olub

İqtisadiyyat Materials 23 İyul 2025 13:23 (UTC +04:00)
Neft Fondunun AÇG yatağından əldə etdiyi gəlir məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4,427 milyard manat vəsait daxil olub.

Trend bu barədə Fonddan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 682 milyon manat və ya 13,3% azdır. Belə ki, ötən ilin birinci yarısında ARDNF-yə AÇG yatağından 3,005 milyard ABŞ dolları (5,109 milyard manat) vəsait daxil olmuşdu.

Qeyd edək ki, AÇG-də iştirak payları belədir: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti