...

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

İqtisadiyyat Materials 30 Oktyabr 2025 19:19 (UTC +04:00)
Fiziki şəxslərin banklardakı əmanətləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,795 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin sentyabrın 1-nə nisbətən 334,2 milyon manat və ya 2,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,6 milyard manat və ya 11,5% artıb.

Bu ilin oktyabrın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklardakı əmanətlərinin həcmi 10,788 milyard manat, xarici valyuta ilə isə 5,007 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin sentyabrın 1-i ilə müqayisədə 292,5 milyon manat və ya 2,8%, illik müqayisədə isə 1,4 milyard manat və ya 15,4% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari sentyabrın 1-nə olan rəqəmlərə nisbətən 41,7 milyon manat və ya 0,8%, illik nisbətdə isə 189,5 milyon manat və ya 3,9% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti