...

ARDNF və BƏƏ-nin aparıcı şirkətləri investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər

İqtisadiyyat Materials 31 Oktyabr 2025 13:11 (UTC +04:00)
ARDNF və BƏƏ-nin aparıcı şirkətləri investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları ilə bir sıra görüşləri keçirilib.

Trend bu barədə ARDNF-yə istinadən xəbər verir.

Görüşlərin əsas məqsədi beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran investisiya sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək birgə təşəbbüslərin perspektivlərinin nəzərdən keçirilməsi olub.

Mubadala İnvestisiya Şirkətində keçirilən görüş zamanı İsrafil Məmmədov şirkətin Baş dayanıqlılıq və risklərin idarəedilməsi üzrə direktoru Əhməd Əl Calili ilə görüşüb. Görüşdə dayanıqlı investisiyalar sahəsində əməkdaşlığın inkişafı, təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

“Lunate” şirkətinin Baş partnyoru Xalifa Əl Suveydi ilə keçirilən görüşdə isə investisiya portfellərinin idarəedilməsi təcrübəsi, alternativ aktivlərə yönəlmiş investisiya yanaşmaları və uzunmüddətli tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlər ARDNF ilə Birləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və gələcək tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti