Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 95,5 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Müqayisə üçün bildirək ki, ötən ilin ilk 9 ayında ölkəyə 89,094 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Beləliklə, sözügedən məmulatların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon ABŞ dolları və ya 7,2% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.
