...

Azərbaycanda qeyri-həyat sığortası bazarı 6%-dən çox böyüyüb

İqtisadiyyat Materials 24 Dekabr 2025 14:24 (UTC +04:00)
Azərbaycanda qeyri-həyat sığortası bazarı 6%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 591,5 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,1 milyon manat və ya 6,5% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5.8 milyon manat və yaxud 2,4% artaraq 249,1 milyon manata çatıb.

Beləliklə, 11 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,1 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon manat və ya 11,7% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti