...

Sənədsiz evlər məsələsinin həlli sığorta sektoru üçün böyük imkanlar açır – Vüsal Qasımlı

İqtisadiyyat Materials 26 Yanvar 2026 11:27 (UTC +04:00)
Sənədsiz evlər məsələsinin həlli sığorta sektoru üçün böyük imkanlar açır – Vüsal Qasımlı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və bu istiqamətdə aparılan müzakirələrin uğurla nəticələnəcəyi gözlənilir. Bu proses maliyyə-bank sektoru, xüsusilə də sığorta sahəsi üçün ciddi imkanlar yarada bilər.

Trend xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 500 min sənədsiz evin ümumi bazar dəyəri təxminən 50 milyard manat təşkil edir:

“Hesab edirəm ki, real rəqəmlər bundan da böyükdür. Təsəvvür edin ki, bu qədər məbləğ maliyyə-bank sektoru, xüsusən də sığorta sahəsi üçün nə qədər geniş imkanlar açır”.

Qeyd edək ki, “InsurTech” adlı dərs vəsaiti İİTKM, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və sığorta sahəsində innovativ yanaşmaların təşviqini hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti