...

ARDNF-in investisiya portfelində qitələrin payı açıqlandı

İqtisadiyyat Materials 27 Yanvar 2026 12:05 (UTC +04:00)
ARDNF-in investisiya portfelində qitələrin payı açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 25,9%-ni Avropaya yatırılan investisiyalar təşkil edib.

Trend bu barədə Fonddan məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz bəndi azdır.

Bununla yanaşı, cari ilin yanvarın 1-nə Fondun investisiya portfelinin 23,9%-ni Şimali Amerikaya (ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz bəndi az), 8%-ni Asiyaya (4,9 faiz bəndi az), 1,4%-ni Yaxın Şərqə (0,8 faiz bəndi çox), 0,9%-ni Yeni Zellandiya və Avstraliyaya (0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya (əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib.

Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,02 faiz bəndi az).

Qızıla investisiyalar portfelin 38,2%-i, beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 1,6%-i qədər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti