...

Azərbaycanda qeyri-həyat sığortası bazarı 5%-dən çox böyüyüb

İqtisadiyyat Materials 27 Yanvar 2026 18:08 (UTC +04:00)
Azərbaycanda qeyri-həyat sığortası bazarı 5%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 651,699 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 32,5 milyon manat və ya 5,2% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 8 milyon manat və yaxud 3% artaraq 277,463 milyon manata çatıb.

Beləliklə, ötən il qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti