Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 27-də keçirilən hərracda 22 nəqliyyat vasitəsi satılıb.
Trend bu barədə dövlət xidmətinə istinadən xəbər verir.
Dövlət əmlakı üzrə növbəti hərrac 3, 10 və 17 fevral tarixlərində keçiriləcək.
Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət
Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az”
və “www.auksion.gov.az” internet saytlarından seçim edə
bilərlər.
