...

Fiziki şəxslərin manatla əmanətləri xarici valyutadakını iki dəfədən çox üstələyib

İqtisadiyyat Materials 5 Fevral 2026 11:35 (UTC +04:00)
Fiziki şəxslərin manatla əmanətləri xarici valyutadakını iki dəfədən çox üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 16,772 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, əmanətlərin həcmi ötən ilin dekabrın 1-nə nisbətən 590,6 milyon manat və ya 3,6%, ötən ilin yanvarın 1-i ilə müqayisədə isə 2,1 milyard manat və ya 14,4% artıb.

Bu ilin yanvarın 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 11,602 milyard manat, xarici valyuta ilə isə 5,170 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi ötən ilin dekabrın 1-i ilə müqayisədə 591,8 milyon manat və ya 5,4%, illik müqayisədə isə 1,9 milyard manat və ya 19,2% artıb.

Xarici valyuta ilə isə bu göstərici ötən ilin dekabrın 1-nə olan rəqəmlərə nisbətən 1,1 milyon manat və ya 0,02% azalıb, illik nisbətdə isə 237,7 milyon manat və ya 4,8% artıb.

Beləliklə, bu ilin yanvarın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakını 6,433 milyard manat və ya 2,2 dəfə üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti