...

"Azerbaijan International Mineral Resources Operating Co." tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azerbaijan International Mineral Resources Operating Co." "Kürəkçay" hövzəsində, "Çovdar" və "Qaradağ" filiz yataqlarında aparılan geoloji-kəşfiyyat işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı tender elan edib.

Bu ərazilər Daşkəsən, Xanlar, Gədəbəy, Şəmkir və Goranboy rayonlarının inzibati ərazisində yerləşir.

Tenderdə iştirak etməkdə maraqlı olanlar təkliflərini sentyabrın 30-na qədər şirkətin ofisinə təqdim etməlidirlər.

Şirkət həmçinin süxurun və filizin metal tərkibinin laborator müayinəsi və kimyəvi analizinin aparılması ilə bağlı tender elan edib. Tenderdə iştirak üçün təkliflər oktyabrın 15-nə qədər təqdim olunmalıdır. İşlər cari ilin oktyabrında başlanmalı və 3,5 il davam etməlidir.

Xəbər lenti

Xəbər lenti