...

"Standard Insurance" və "Aviation Risk Managers" birgə aviasiya sığortası proqramı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın iri sığorta şirkətlərindən biri "Standard Insurance" aviasiya sığortası sahəsində dünyanın aparıcı anderayter agentliklərindən biri "Aviation Risk Managers FZE" ilə birlikdə iri korporativ müştərilər üçün xüsusi aviasiya sığortası təklif edir. Bu barədə "Standard Insurance"in məlumatında göstərilib.

Təklifdə hava nəqliyyat vasitəsinin sığortasıyla yanaşı üçüncü şəxslər qarşısında məsuliyyət sığortası, ekipaj və sərnişinlərin, yük və aviadaşımaların sığortası, habelə lisenziya itkisindən sığorta da nəzərdə tutulub.

"Aviation Risk Managers FZE" şirkəti "Standard Insurance" şirkətilə rəsmi əməkdaşlıq barədə qərarı Azərbaycan sığorta bazarında geniş araşdırma apardıqdan sonra verib.

2002-ci ildən fəaliyyət göstərən iri sığorta şirkətlərindən biri olan "Standard Insurance"ın nizamnamə kapitalı 8 mln. manat məbləğindədir. Şirkətin oktyabr ayında beynəlxalq maliyyə stabilliyi reytinqi alması gözlənilir.

Xəbər lenti

Xəbər lenti