Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ 2007-ci ilin sonunda Bakıda Azərbaycan-Misir İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək və Misirin iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüşdə Misir-Azərbaycan Dostluq Qrupunun rəhbəri Əhməd Amr Həşim məlumat verib. Bu barədə xəbəri İqtisadi İnkişaf Nazirliyi yayıb.
Görüşdə iqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanın Misirlə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Misir-Azərbaycan Dostluq Qrupunun rəhbəri Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda olduğunu bildirib.