...

Azərbaycanda biznes ilə məşğul olan Amerika şirkətinin sahibinin öldüyü güman olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2007 16:20 (UTC +04:00)
Azərbaycanda biznes ilə məşğul olan Amerika şirkətinin sahibinin öldüyü güman olunur

Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov, A.Qasımova/ Azərbaycanda içməli suyun təmizlənməsi və istehsalı ilə məşğul olan "Amerikanın Phoenix Caspian Ltd" şirkətinin sahibi Deyv Çerçman təsdiq edilməyən məlumatlara görə, cümə axşamı səhər saat 07:50-də Amerikanın Kolfaks şəhərində (Luiziana ştatı) anası Meri Çerçmanın evində partlayış nəticəsində ölüb.

Amerikanın "Foxnews" kanalının verdiyi xəbərə görə, şerif Preston Moslinin mətbuat katibi partlayışın məişət qazı sızması nəticəsində baş verdiyini istisna etməyib.

"Phoenix Caspian Ltd"dən Trend a şirkət sahibinin ölməsinə dair məlumatı nə təsdiq, nə də təkzib ediblər.

"Mən hazırda bu hadisənin həqiqətən olub-olmadığını aydınlaşdırmaq üçün ailə üzvlərindən (Şirkət sahibinin) biri ilə əlaqə yaratmağa çalışıram" - deyə "Phoenix Caspian Ltd"dən mənbə bildirib.

Moslinin sözlərinə görə, partlayış zamanı Deyva Çerçmanın həyat yoldaşı Şeyla Çerçman, onların oğlu və oğlunun arvadı da evdə olub. Mosli bildirib Ki, partlayış zamanı Meri və Deyv Çerçman həlak olub, qalan ailə üzvləri isə qospitaldadırlar.

Biznesmen Deyv Çerçman əvvəllər Bakının mərkəzində yerləşən Fisherman restoranın sahibi olub. "Fisherman"dan cümə günü bildiriblər ki, restoran həqiqətən də Çerçmana məxsus olub. Lakin artıq onun sahibi dəyişib.

Xəbər lenti

Xəbər lenti