...

Bakı Banklararası Valyuta Birjası yanvarın 28-nə olan ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2008 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 28 yanvar tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8453 AZN təşkil edib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8454 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 4 695 777 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8453 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $5 555 000 ABŞ dolları və ya 4 695 777 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 793 571 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,40%, ABŞ dolları üzrə isə illik 15,67% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti