Azərbaycan, Bakı, 30 yanvar / Trend / Yanvarın 30-da Bakı Fond Birjasında Milli Bankın 50100419S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 65 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə çərşənbə günü Bakı Fond Birjası məlumat yayılıb.
10 investorun iştirak etdyi hərracda sifarişlərin nominal üzrə ümumi məbləği 41 543 000 manat təşkil edib. Sifarişlər 99.15% (gəlirlik 11.02%) - 99.21% (gəlirlik 10.24%) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.15% (gəlirlik 11.02%) orta ölçülmüş qiymət - 99.17% (gəlirlik 10.76%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi , 2 324 000 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 41 543 000 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 2008-cı il fevralın 27- dir.