...

"Bank Respublika"nın aktivləri 2008-ci ilin iki ayı ərzində 261 mln. manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend / "Bank Respublika"nın aktivləri bu ilin əvvəlindən etibarən 3,2% artaraq 1 mart 2008-ci il tarixinə 261,3 mln. manat olub. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında bildirilir. Bankın kredit portfelinin həcmi isə bu ilin 2 ayı ərzində 13,8% artaraq 181,4 mln. manata çatıb.

Müştərilərin depozitləri də hesabat dövründə 2,9% artaraq 114,7 mln. manatı keçib. "Bank Respublika"da əhali əmanətlərinin həcmi isə 2,3% artaraq bu ilin 1 mart tarixinə 53,6 mln. manat təşkil edib.

"Bank Respublika"nın 2008-ci ilin yanvar-fevral ayları ərzində məcmu kapitalı 44,5% artaraq 34,16 mln. manata çatıb. 1 mart 2008-ci il tarixinə bankın nizamnamə kapitalı 12,58 mln. manat təşkil edib.

"Bank Respublika"nın bu ilin yanvar-fevral ayı ərzində gəlirləri 7,7 mln. manat, xərcləri isə 6,4 mln. manat təşkil edib. Bu dövr ərzində bankın balans mənfəəti 1,3 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti