...

Azərbaycanın dəmiryolu stansiyalarında aparılan təmir işləri yükdaşımaya təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yolunun şimal-qərb istiqamətində fəaliyyət göstərən yarımstansiyalarında aparılan təmir işləri Ağstafa rayonundakı xəttə gedən elektrik enerjisinin müvəqqəti olaraq dayandırılmasına səbəb olub. Ağstafa rayonu ilə həmsərhəd Gürcüstana göndərilən teplovozların hərəkəti problemsiz həyata keçirilir. Bu barədə Dəmir Yolu İdarəsindən məlumat verilib.

Azərbaycan Dəmir Yolu Gürcüstan sərhədi istiqamətindəki işlərin ştat rejiminə günün ikinci yarısından başlayacaq, ADDY-dan bildirilib.

"Azərenerji" SC-dən verilən məlumata görə, şimal rayonlarının dəmiryolu yarımstansiyalarında yüksəkvoltlu şəbəkələrə qoşulmaqla və qəza yaradan avadanlıqlarla bağlı problemlər mövcud idi. Hazırda bu problemlər həll olunur.

Po napravleniö Baku - qraniüa Qruzii transportiruetsə osnovnoy potok qruzov po jeleznoy doroqe.

Əsas yük axını Bakı-Gürcüstan istiqamətində dəmiryolu vasitəsilə həyata keçirilir. Bu marşrut Avroasiya nəqliyyat dəhlizinin bir hissəsi olub, Azərbaycandan keçir. Həmin marşrut üzrə əsasən Gürcüstan limanları Poti və Batumiyə neft və neft məhsulları, eləcə də tikinti materialları və xammal daşınır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti