...

Palmali Türkiyədə "lüks" sinifli mehmanxana açmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ Trend / Dünyadakı beş ən iri donanmadan birinə malik Palmali Şirkəti Türkiyədə tikmək niyyətində olduğu mehmanxananın idarə edilməsi üçün dünyada mehmanxana şəbəkələrinin idarə edilməsi üzrə ən böyüklərdən olan şirkətlə danışıqları başa çatıdırır.Bu barədə Palmali-nin məlumatında deyilir. Danışıqların aparıldığı şirkətin adı göstərilmir.

Şirkətin məlumatında deyilir ki, HSBC-dən İstanbulda yerləşən binanı 60 milyon dollara satın alan Palmali onu "lüks" sinifli mehmanxanaya çevirməyi nəzərdə tutur.

Palmali daxili su və dəniz yolları üzrə daşınmalar həyata keçirən gəmiçilik şirkətidir. Şirkət gəmilərini Rusiya Federasiyasının bayrağı altında idarə edir və neft və neft məhsulları, duru yağlar, quru və başqa yüklərin daşınmasında zəngin təcrübəyə malikdir. Palmali Şirkətinin idarəsində olan gəmilərin sayı 120-dən çoxdur. Şirkətin bölmələrinin yerləşmə coğrafiyası RF-nin, demək olar ki, bütün ərazisini əhatə edir, həmçinin, dünyanın bir çox ölkələrində nümayəndəlikləri var.

Xəbər lenti

Xəbər lenti