...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2008 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend / İyulun 04 - dək tam yerləşdirilənə qədər saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10302320S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında deyilir.

DQİ-nin dövlət qeydiyyat №-si - 10502220S, ümumi həcmi -5 000 000 AZN, bir istiqrazın nominal dəyəri-200 AZN, istiqrazların tədavül müddəti - 181 gün gündür. Ödəmə tarixi 04 Noyabr 2008-ci ildir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti