...

Azərbaycan yeni nəqliyyat dəhlizinə qoşula bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müx. M. Əliyev/ Azərbaycanın Qara dənizdən Cənubi Koreyaya qədər olan yeni dəmiryolu nəqliyyatına qoşulmaq üçün real şansı var. Bu haqda Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk cümə axşamı keçirilən mətbuat konfransında bildirib. Mayın 12-də Litva, Ukrayna və Belarus arasında Qara dəniz-Baltikyanı istiqamət üzrə yükdaşınması haqqında üçtərəfli müqavilə imzalanıb. Müqavilənin əsas şərtləri Qara və Baltik dənizi əraziləri arasında yükdaşımanın artırılması ilə bağlıdır. Tərəflər dövlətlərin nəqliyyat siyəsətini razılaşdırmaq haqqında razılığa gəliblər.

"Bu razılaşma yükün tranzit müddətini azaltmağa və həmin dövlətlərin ərazilərində daşınmalar zamanı diskriminasiyadan qaçmağa imkan verəcək. Bundan əlavə, tərəflər Litva-Belarus-Ukrayna tranzit marşrutunun coğrafiyasını genişləndirmək və gələcəkdə Türkiyə, Azərbaycan və Gürcüstanın da bura cəlb edilməsi imkanlarını nəzərdən keçirmək haqqında razılığa gəliblər" - Krimçuk qeyd edib.

Səfir onu da bildirib ki, bu marşrut gələcəkdə böyük İpək Yoluna birləşə bilər. "Azərbaycan tərəfi də bu layihə ilə maraqlanıb" - deyə səfir qeyd edib.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti