...

Maliyyə Nazirliyi Azərbaycan İpoteka Fondu üçün ilk tranşı ayırıb – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Maliyyə Nazirliyi Milli Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) üçün 10 mln. manat məbləğində ilk tranşı ayırıb. Bu barədə çərşənbə axşamı maliyyə naziri Samir Şərifov məlumat verib. Dövlət büdcəsində bu məqsədlər üçün 34 mln. manatın ayrılması nəzərdə tutulub.

Nazirin sözlərinə görə, qalan vəsait AİF-in müraciətinə əsasən təqdim ediləcək.

İpoteka Fondu alınmış vəsaitlərdən fonda üzv bankların mənzil maliyyələşdirməsi üçün əvvəllər ayırdıqları vəsaitlərin təkrar maliyyələşdirilməsi üçün istifadə edir.

Ötən ilin iyunundan AİF tərəfindən kreditlərin verilməsi dayandırılıb və hökumətin ipoteka kreditlərinin verilməsinə dair kommersiya təcrübəsini təsdiq etməsindən sonra bərpa olunacaq. Yeni şərtlərə əsasən, sosial ipoteka istisna olmaqla, AİF-in vəsaitləri hesabına verilən ipoteka kreditləri AMB-nin uçot dərəcəsindən (o 14 faiz təşkil edir) aşağı olmayan dərəcə ilə veriləcək. İndiyədək kreditlər AİF vasitəsilə orta hesabla illik 6-8 dərəcə ilə verilib. Hazırda kommersiya bankları özlərinin ipoteka proqramları çərçivəsində mənzil alqısını maliyyələşdirməyə davam edirlər. Bu proqramlara əsasən, kreditlər üzrə dərəcələr illik 16 faizdən 18 faizədək dəyişir.

Sonuncu tranş da nəzərə alınmaqla, dövlət büdcəsində İpoteka Fonduna ipoteka kreditləri üçün 56 mln. manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti