...

Mövsümün sonunadək ölkədə taxıl istehsalı 350 min ton artacaq - kənd təsərrüfatı naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2008 13:35 (UTC +04:00)
Mövsümün sonunadək ölkədə taxıl istehsalı 350 min ton artacaq - kənd təsərrüfatı naziri

Azərbaycan, Bakı, 6 iyul / Trend müxbir А.Qafarov/ Ötən illə müqayisədə builki mövsümdə ötən illə müqayisədə 320-330 min tondan çox əlavə taxıl yığılıb. Bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Onun sözlərinə görə, mövsümün sonuna qədər taxıl istehsalı 350 min ton əlavə artacaq.

Nazir Azərbaycanda kənd təsərrfatı məhsullarının idxal və ixracında problemlərin olmadığını deyib. їDüşünürəm ki, Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və idxal-ixrac əməliyyatlarında problem olmayacaqї deyə nazir bildirib.

İsmət Abbasov onu da bildirib ki, bu il ölkədə hava şəraiti qeyri-sabit keçib, bu da kənd təsərrüfatına ziyansız ötüşməyib. Buna baxmayaraq, bu il məhsul istehsalının keçən illə müqayisədə yüksək olacağı gözlənilir. Məhsul istehsalının artması isə əkin sahələrinin artırılması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti