...

Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi metodu keyfiyyətinə görə inkişaf etmiş ölkələrdən geri qalır - Dövlət Reyestr Xidmətinin başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2008 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul/ Trend , müxbir U.İsmayılova/ Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi metodu keyfiyyətinə görə dünyanın bir çox inkişaf etmiş ölkələrindən geri qalır, - bazar ertəsi "Daşınmaz əmlakın qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi" elmi-praktik seminarda Dövlət Reyestr Xidmətinin başçısı Arif Qaraşov bildirib.

"Ölkə iqtisadiyyatında daşınmaz əmlak bazarının rolunu nəzərə alaraq, bu sahənin inkişaf etdirilməsi vacibdir", - Qaraşov deyib.

Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi 1991-ci ildən daşınmaz əmlakın baza qiymətləri əsasında aparılır. Ölkədə daşınmaz əmlakın qiymətləndirilməsini iki mənbə həyata keçirir: müvafiq dövlət orqanları (daşınmaz əmlakın Dövlət Reyestr Xidməti) və bazarda ipoteka kreditlərinin (banklar) verilməsi ilə bağlı olan özəl şirkətlər

Qaraşov deyib ki, daşınmaz əmlakın qiymətləndirilməsi metodunun təkmilləşdirilməsi Dövlət Xidmətinin və Dünya Bankının (DB) "Daşınmaz əmlakın qeydə alınması" layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, daşınmaz əmlakın texniki pasportunda qiymətləndirmənin şəffaflığının təmin edilməsi məqsədilə obyektin qiyməti göstəriləcək.

2007-ci ilin iyulunda Azərbaycan hökuməti və DB daşınmaz əmlakın vahid  kadastr sisteminin tətbiqinin aparılması barədə razılaşma imzalayıblar. Layihə dörd komponentdən ibarətdir: dövlət mülkiyyətinin idarə edilməsi və reyestri, kartoqrafiyanın əsası və torpaq kadastrı, treyninqlər, layihənin siyasətinin və idarə edilməsinin formalaşdırılması

Layihənin dəyəri $38,57 milyon təşkil edir. Bunun $30 milyonu DB-nin kredit payıdır. Kredit resursları 20 il müdddətinə 5 illik imtiyazlı dövr şərtilə verilib.

"Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində inkişaf etmiş ölkələrlə təcrübə mübadiləsi məqsədilə noyabrda Bakıda beynəlxalq elmi-paraktik kofrans keçiriləcək", - Qaraşov qeyd edib.

Xəbər lenti

Xəbər lenti