...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2008 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul/ Trend /İyulun 23 - də saat 11:00 - dan 12:30 - dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Notların dövlət qeydiyyat nömrəsi - 50102919S, emissiyanın həcmi - 60 000 000 AZN, hərraca çıxarılan həcm - 40 000 000 AZN, bir notun nominalı - 200 AZN, tədavül müddəti - 28 gündür.

Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi - 20 avqust.

Xəbər lenti

Xəbər lenti