...

Azərbaycanın işğal edilmiş ərazilərindən qaçaqmalçılıq və narkotiklərin daşınması üçün istifadə edilir – Dövlət Gömrük Komitəsinin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2008 14:27 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş ərazilərindən qaçaqmalçılıq və narkotiklərin daşınması üçün istifadə edilir – Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir A.Bədəlova/ "Azərbaycan dünya ictimaiyyətini respublikanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş ərazilərindən qaçaqmalçılıq və narkotik vasitələrin daşınması məqsədilə istifadə edilməsinin qarşısını almağa çağırır", - Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çərşənbə axşamı bildirib.

Onun sözlərinə görə, nəzarətsiz qalmış istənilən ərazilər mədəni və milli sərvətlərin məhvi və onların qanunsuz şəkildə ölkədən çıxarılmasına imkan yaradır. Dövlət Gömrük Komitəsinin sədri qanunsuz şəkildə Azərbaycandan kənara aparılan Qarabağ xalçalarını nümunə göstərib.

"Bizim vəzifəmiz yalnız beynəlxalq mütəxəssislərin deyil, bütün dünya ictimaiyyətinin diqqətini bu məsələlərə yönəltməkdir", - Əliyev vurğulayıb.

Onun qeyd etdiyinə görə, cari ayda Cenevrədə keçirilən milli sərvətlərin mühafizəsi sərgisində bu ərazilərin məsələsi müzakirə edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti