...

Azərbaycan, Rusiya və Iran "Şimal-Cənub" dəmir yolu dəhlizinin yaradılmasına vəsaitlərin cəlb edilməsi üçün BM yaradacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2008 19:36 (UTC +04:00)
Azərbaycan, Rusiya və Iran "Şimal-Cənub" dəmir yolu dəhlizinin yaradılmasına vəsaitlərin cəlb edilməsi üçün BM yaradacaqlar

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir S.Əliyev/ Azərbaycan, Rusiya və İranın dəmir yolu idarələrinin nümayəndələri çərşənbə günü Bakıda "Şimal-Cənub" dəmir yolu dəhlizinin yaradılması layihəsinin realizəsi çərçivəsində keçirilən görüşün yekunları üzrə protokol imzalayıblar.

Tərəflər "Şimal-Cənub" dəhlizinin yaradılması üçün vəsaitlərin cəlb edilməsi məqsədilə ofisi Moskvada yerləşəcək birgə müəsissə (BM) yaratmaq barədə qərar qəbul ediblər. Yüklərin dəhlizə cəlb edilməsi, tarif məsələlərin, dəmir yolu əlaqəsinin marketinqinin müzakirəsi üçün birgə işçi qrupunun yaradılması haqqında da qərar qəbul edilib.

Oktyabrın 20 - dək Rusiya Rəşt - Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun texniki-iqtisadi əsaslandırmasının ilkin variantını təqdim edəcək.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Rusiya, Azəbaycan, İran vasitəsilə Avropadan Hindistan və Cənub-Şərqi Asiya ölkələrinə vahid dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin reallaşdırılması üçün ilkin qiymətləndirmələrə görə $400 mln. tələb olunur. İşlərin çox hissəsi Azərbaycan sərhədinədək dəmir yolu əlaqəsinə malik olmayan İranda aparmaq lazım olacaq. Azərbaycanda təxminən $35-40 mln. məbləğində müyyən işlər görmək lazımdır.

Azərbaycanda həyata keçiriləcək işlər Astara stansiyasınadək (AR) 8,5 km uzunluğunda dəmir yolunun çəkilməsini, təkər cütlüklərinin dəyişdirilməsi sistemlərinə malik stansiyanın tikintisini, sərhəd və gömrük infrastrukturunun yaradılmasını nəzərdə tutur. Sərhədyanı dəmir yolu körpüsü salmaq lazımdır. Bu layihənin realizəsi İranla paritet əsasda həyata keçiriləcək.

Bu dəhlizdə yük daşınmalarının birinci mərhələdə ildə 5 mln. ton olacağı, gələcəkdə isə, 10-15 mln. tonadək artırılacağı proqnozlaşdırılır.

"Şimal-Cənub" dəmir yolu dəhlizinin yaradılması layihəsi üzrə növbəti görüş noyabrın birinci yarısında Moskvada keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti