...

Azərbaycanda magistral boru kəmərləri ilə qaz nəqli əhəmiyyyətli dərəcədə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2008 - ci ilin yanvar - sentyabrda Azərbaycanın nəqliyyat sektoru ilə 134,5 mln. ton müxtəlif tipli yük daşınıb ki, bu da 2007-ci ilin analoji dövr göstəricilərini 11,4 faiz üstələyir.

Daşınan yüklərin ümumi həcminin 69,1 faizi özəl sektorun payına düşüb. Yanvar - sentyabr ərzində yüklərin ümumi həcmindən 46,4 faizi avomobil nəqliyyatı, 31,8 faizi boru kəmərləri, 15,4 faizi dəmir yolu nəqliyyatı və 6,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Doqquz ay ərzində sərnişin nəqliyyatı ilə 910,7 mln. nəfər daşınıb ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 7,7 faiz çoxdur. Sərnişindaşımanın 83,5 faizi özəl sektorun payına düşür. Sərnişinlərin böyük hissəsi avtomobil nəqliyyatı (83,6 faiz) və metro (15,8 faiz) vasitəsilə daşınıb.

Dəmir yolu ilə 20,8 mln. ton müxtəlif tipli yüklər nəql olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 0,7 faiz azdır.

Dəniz nəqliyyatı vasitəsilə 8,5 mln. ton müxtəlif tipli yüklər daşınıb. Bu, 2007-ci ilin analoji dövr göstəricisindən 12,6 faiz çoxdur. Daşınan yüklərin ümumi həcminin 67,6 faizi neft və neft məhsulları, 32,4 faizi quru yüklərin payına düşüb. Daşınan yüklərin bütün həcmi beynəlxalq əməliyyatların payına düşür.

2008 - ci ilin doqquz ayı ərzində Azərbaycan limanlarında emal olunan yüklərin həcmi 4,1 mln. ton təşkil edib. Bu, 2007-ci ilin yanvar-sentyabrına nisbətdə 0,6 faiz azdır.

Avtonəqliyyat vasitəsilə 62,4 mln. ton yük daşınıb ki, bu da 2007 - ci ilin doqquz ayının nəticələrinə nisbətdə 7,2 faiz çoxdur. Sərnişindaşımaların həcmi 761 mln. nəfər (6,7 faiz artım ilə) təşkil edib. Sərnişinlərin 96,7 faizi avtobuslar və 3,3 faizi minik maşınları ilə daşınıb.

Metropoliten ilə sərnişindaşımanın həcmi 13,6 faiz artaraq 143,6 mln. nəfər təşkil edib.

Hava nəqliyyatı ilə sərnişindaşıma 10,6 faiz azalaraq 1 mln.nəfər təşkil edib. Sərnişindaşımanın bu növünün 7,2 faizi qeyri - dövlət sektorunun payına düşüb.

Magistral neft kəmərləri ilə 34,7 mln. ton neft nəql olunub. Nəqlin dörddə üçü Bakı - Tbilisi - Ceyhan boru kəmərinin payına düşüb. 2008 - ci ilin yanvar-sentyabr ayları ərzində Bakıdan 26 mln. ton neft göndərilib. Magistral boru kmərləri ilə ixrac olunan neftin ümumi həcmi ötən ilin analoji dövr göstəricisinə nisbətdə 19,8 faiz artıb.

Ötən ilin yanvar - sentyabrda magistral qaz kəmərləri ilə 8 mlrd. kubmetr qaz nəql olunub. Bu, 2007 - ci ilin analoji dövr göstəricisindən 62 faiz çoxdur. Qazın 3,4 mlrd. kubmetri (Ümumi həcmin 29,2 faizi) Cənubi Qafqaz qaz kəməri ilə nəql olunub.

2008 - ci ilin yanvar - avqustunda, Azərbaycan ərazisindən keçməklə, Avrasiya nəqliyyat dəhlizi ilə 31,9 mln. ton yük (2007-ci ilin anavloji dövrünə nisbtdə 2,8 faiz çox) və 125,9 mln. nəfər sərnişin (2007- ci ilin anavloji dövrünə nisbətdə 6,2faiz çox) daşınıb. Daşınmadan əldə olunan gəlir 174,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 13,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti