Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "ABŞ - da ipoteka kreditləşməsi borc alanlarının altı faizi banklara borclarını qaytara bilmir və insanlar, sadəcə, evlərini tərk edərək onları banklara verirlər", - Metropolex Group-un - Las-Veqasda yerləşmiş makler, sərmayə və tikinti şirkətinin rəhbəri Pol Murad bazar ertəsi Bakıda bildirib.
"Öz növbəsində, banklar bu evləri satmağa çalışırlar. Bu isə, həmişə uğurla nəticələnmir. Düşünürəm ki, gələcəkdə uğursuz borc alanların həcmi 10 faizədək arta bilər", - "Las-Veqası manhettenləşdirmək" kitabının müəllifi Murad bildirib. Bu gün ABŞ - da bir il əvvəl dəyəri 300 min dollar olan evi 150 min dollara almaq olar.
Azərbaycan əsilli Murad, Azərbaycanın daşınmaz əmlak bazarı haqqında danışaraq bildirib ki, dünya maliyyə böhranı ölkə bazarına təsir göstərməyib. Bu gün Bakının daşınmaz əmlak bazarında qiymətləri normal səviyyədədir - demək olar ki, ABŞ -la eyni səviyyədə.
Murad Amerika və Azərbaycanın tikinti şirkətləri üçün körpü yaratmaq niyyətini səsləndirib ki, bu da firmaların ölkə bazarlarına qarşılıqlı daxil olması deməkdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]