...

Bakıda "İxrac potensialı və özəlləşdirilmiş müəssisə mallarının rəqabətqabiliyyətliliyinin artırılması" mövzusunda seminar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ , müxbir Ü.İsmayılova/ Azərbaycan Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsi ixrac potensialı və özəlləşdirilmiş müəssisələrdə malların rəqabət qabiliyyətliliyinin artırılmasına dəstək layihəsini reallaşdırmağa başlayıb.

"Region Consult" MMC Dövlət Komitəsi ilə birgə layihənin reallaşdırılması çərçivəsində, bazar ertəsi Bakıda üç günlük seminar təşkil edib. Seminarın işində iqtisadiyyatın müxtəlif sahələrindən olan müəssisələr, "Ploutos Capital", Avropa Yenidənqurma və İnkişaf Bankı, "McCann Ericsson", Almaniyanın GTZ Texniki Yardım Cəmiyyəti, "SGS", "Moody`s International", Xəzər İslam İnvestisiya Şirkəti (CIIC), "Meqras" və digər şirkətlərin nümayəndləri iştirak edirlər.

Seminar maliyyə vasitəçiləri və strateji tərəfdaşların cəlb edilməsi məsələlərinə həsr edilib. Xarici ekspertlər seminar iştirakçılarını beynəlxalq maliyyə institutlarının fəaliyyəti, beynəlxalq maliyyə hesabatı sistemi ilə də tanış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti