...

Azərbaycanın sığorta şirkəti polislərin on -line satışı sisteminə keçməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanın AzSigorta sığorta şirkəti sığorta polislərinin on-line sistemi üzrə satışına keçirilməsinə hazırlaşır", - şirkətin Baş direktorunun müavini Xəyal Məmmədxanlı çərşənbə axşamı bildirib.

"Hazırda şirkət turistlərin sığortalanması polisinin - travel on-line-nın satışına hazırlaşır", - Məmmədxanlı bildirib.

Baş direktor müavininin sözlərinə görə, turistlərin sığortalanması gəlirli növlərdən olmasa da (şirkət bir ay ərzində sığortanın bu növündən cəmi 5-10 min manat toplaya bilər), AzSigorta bu xidmət növünü  on-line formatında müştərilərə təqdim edəcək.

"Sığortanın bu növü on-line sistemi üzrə satılacaq birinci növ olsa da, gələn ildən şirkət göstərilən sığorta növlərinin qalanlarını da elektron mağaza sistemi üzrə təklif etmək niyyətindədir", - Məmmədxanlı bildirib.

AzSigorta sığorta şirkəti fəaliyyəti ərzində  ilk dəfə olaraq, 2007-ci ilin yekunları üzrə yığımların həcminə görə 5 mln. manatla, liderlərin onluğuna daxil olub. Şirkət 29 növ könüllü və 4 növ icbari sığorta xidməti göstərir. Şirkətin Nizamnamə kapitalı 1 mln. manatdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti