...

Azərbaycanda taxıl istehsalının artımı çörəyin qiymətinin azalmasına gətirib – nazir (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2008 17:54 (UTC +04:00)
Azərbaycanda taxıl istehsalının artımı çörəyin qiymətinin azalmasına gətirib – nazir (video)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir S.Babayeva, İ.Əlizadə/ "Azərbaycanda dənli bitkilərin istehsalında artım çörəyin qiymətinin azalmasına gətirib", - kənd təsərrüfatı naziri İsmət Abbasov cümə axşamı bildirib.

"Ölkədə ərzaq taxılının istehsalı artıb və gələn illərdə də artacaq, - nazir deyib. - Yekunda bu buğda, unun dəyərinə təsir göstərib və çörəyin qiymətinin azalması ilə nəticələnib".

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2008-ci ildə Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin istehsalı rekord səviyyəyə çatıb - 2,5 mln. ton. Ötən il ölkədə 492 min ton az dənli bitki istehsal olunub. Ölkədə dənli bitkilərin səpin sahələri 894,03 min ha təşkil edir.

Abbasovun sözlərinə görə, , cari ilin yazında olduğu kimi, qiymətlərin süni artırılması  daha müşahidə olunmur.

Nazir çörəyin qiymətinin azalmasının çəkinin azalması ilə müşayiət olunması fikri ilə razı deyil.

"Bu yolverilməzdir;istehsalçılar mövcud standartlara riayət etməlidirlər", - Abbasov deyib.

Onun sözlərinə görə, bu gün ölkədə 950 min ton ərzaq taxılı ehtiyatı var ki, bu da gələn mövsümədək tələbatı ödəyəcək.

Hazırda paytaxtda bir çörəyin qiyməti, çəkisindən asılı olaraq, 0,3-0,4 manat civarında dəyişir. Əvvəllər isə onun qiyməti 0,4 manatı ötüb.

Azərbaycanın illik taxıl tələbatı 3 mln. tondur və bunun 1 mln. tonu idxal olunur.

Respublikanın Kənd Təsərrüfatı Nazirliyi yaxın illərdə ərzaq taxılına daxili tələbatı yerli istehsal hesabına ödəməyi proqnozlaşdırır.

Dekabrın 11-nə olan cari mübadilə məzənnəsi -  0,8068 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti