Qazaxıstan, Astana, 24 dekabr/ Trend , müxbir K.Konırova/ "Azərbaycan Xəzərin bölünməsi üzrə İran və Türkmənistanla ikitərəfli danışıqları davam etdirir", - Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinləri səviyyəsində Konvensiyanın işlənilməsi üzrə xüsusi işçi qrupunun 24-cü iclasının yekunları ilə bağlı Astanada jurnalistlərə bildirib.
"Konvensiyada öz əksini tapmış ümumi məsələlərdən başqa, ikitərəfli məsələlər də var- məsələn, qonşu və əks tərəflərin ikitərəfli əsasda müzakirə etdikləri Xəzərin dibinin bölünməsi üzrə məsələ kimi", - Azərbaycanın nümayəndə heyətinin rəhbəri deyib.
Xələfovun sözlərinə görə, Azərbaycan artıq Rusiya və Qazaxıstanla danışıqlar aparıb və dənizdə qarşılıqlı əlaqə və əməkdaşlığa kömək edən sazişlər bağlayıb.
"Bütün bunlar digər ölkələrin də bu istiqamətdə irəliləməsi üçün çox yaxşı baza yaradıb", - Xələfov vurğulayıb.
Azərbaycanda Türkmənistan və İranla analoji danışıqlar üzrə daimi fəaliyyət göstərən xüsusi nümayəndə heyəti yaradılıb, - nazir müavini əlavə edib.
"Danışıqlar prosesində irəliləyişlərin olduğunu demək olsa da, bu gün bizim razılaşdırmanı başa çatdırmağa nə qədər hazır olmamızı söyləmək çətindir, danışıqlar aparırıq. Ən başlıcası odur ki, bütün tərəflərin bu məsəələlər üzrə tezliklə razılığa gəlmək istəyi var", - o deyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]